İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanadada meymunçiçəyinə 15 yoluxma qeydə alınıb

1115 26.05.2022 04:00 Yaşam A A

Kanadada meymunçiçəyinə 15 yoluxma qeydə alınıb.

Bu barədə Kanada Səhiyyə Nazirliyi məlumat yayıb.

İlk yoluxma halları keçən həftə Monrealda aşkar edilib. Əhalinin kütləvi yoluxma təhlükəsi yoxdur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyd edir ki, meymunçiçəyi əsasən Afrikanın mərkəzi və qərbində tropik meşələrin yaxınlığında yerləşən ucqar ərazilərdə yayılıb. Virus insanlara gəmiricilər və primatlar kimi vəhşi heyvanlardan ötürülür. Təşkilat bildirib ki, adətən, meymunçiçəyi epidemiyaları üçün ölüm halları 1% ilə 10% arasındadır, ölümlərin əksəriyyəti gənc yaş qruplarında baş verir.

Xəstəliyin xüsusi müalicəsi və ya peyvəndi yoxdur, lakin çiçək xəstəliyinə qarşı əvvəlcədən peyvənd onun qarşısının alınmasını təmin edir.//"Report"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR