İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamranla 1 – Kamran Həsənli Pənah Hüseynlə gündəmi müzakirə edir

687 20.06.2022 15:47 Gündəm A A


“Qərb silah verməsə, Ukrayna Rusiyaya qarşı kürəklə döyüşməyə hazırdır”.

Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ARD telekanalına açıqlamasında deyib. O bildirib ki, müttəfiqlərdən silah tədarükü dayandırılacağı təqdirdə Ukrayna özünü Rusiyanın hərbi təcavüzündən kürəklə müdafiə edəcək.

Onun sözlərinə görə, Qərbdə heç kim ukraynalıların silahsız güzəştə getməyə hazır olacağına inanmamalıdır. “Silah almasaq, o zaman kürəklə vuruşacağıq, özümüzü müdafiə edəcəyik, çünki bu müharibə bizim varlığımız üçün vacibdir”, – Kuleba vurğulayıb.

Nazir qeyd edib ki, Ukrayna Rusiyadan xeyli az silaha malikdir. “Ona görə də, silahları nə qədər tez alsaq, bir o qədər tez göndərilsə, bizə bir o qədər kömək olar. Silahlar gec göndərilsə, yenə də “sağ ol” deyəcəyik, amma o zaman çox şey boşa çıxacaq, çox insan öləcək”, – deyə nazir əlavə edib.
Xatırladaq ki, Avstraliya öz zirehli transportyorlarını Ukraynaya göndərib. Sloveniya həmçinin Kalaşnikov avtomatları, dəbilqələr, zirehlər, digər avadanlıqlar və 35 piyada döyüş maşınının daxil olduğu böyük bir silah partiyasını təhvil verib. Slovakiya Ukraynaya Qrad MLRS üçün 5 helikopter və sursat verəcəyini təsdiqləyib.

Jurnalistlər Almaniyanın Ukraynaya söz verdiyindən üç dəfə az silah çatdırdığını da hesablayıblar.

Rusiya-Ukrayna müharibəsində gəlinən son nəticə, Ermənistanın atəşkəsi pozması, yeni antiterror əməliyyatlarının aparılması ehtimalı və prezident İlham Əliyevin verdiyi son bəyanatlar...

Bu və gündəmdəki bir çox suallar bu gün aparıcı Kamran Həsənlinin təqdimatındakı “Kamranla 1” verilişində müzakirə olunacaq. Verilişin qonağı isə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyndir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR