İnsanlara hürriyət, millətlərə istiqlal!

KAMRANLA 1 – Kamran Həsənli İlham İsmayılla gündəmi təhlil edir

785 25.08.2022 16:00 Gündəm A A

Ermənistan Rusiya Xarici İşlər Nazirliyinin notasına cavab verib. Bu barədə Ermənistan XİN məlumat yayıb. Qeyd olunub ki, notanın məzmunu daxili diplomatik yazışmaların tərkib hissəsidir. Ona görə də XİN mətnin dərcini düzgün hesab etmir.

Xatırladaq ki, avqustun 14-də İrəvanda “Surmalu” ticarət mərkəzində baş verən partlayışda Rusiya ittiham olunmuşdu. Bu səbəbdən rəsmi Moskva İrəvana nota vermişdi.

Rusiya ilə Ermənistan arasında nələr baş verir? Azərbaycan və Ermənistan rəhbərliyi arasındakı Brüssel görüşündən nə gözləyirik? Xankəndindəki partlayışda hansı izlər var?

Bu və gündəmdəki digər xəbərlər bu gün saat 16.00-da aparıcı Kamran Həsənlinin təqdimatındakı Kamranla 1 verilişində müzakirə ediləcək. Verilişin qonağı isə təhlükəsizlik eksperti İlham İsmayıl olacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat



Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR