İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamran Qasımov Amerika televiziyaçıları ilə "Hollivud" ziyafətində - NİYƏ və NƏ ÜÇÜN? - FOTOLAR

1271 10.08.2023 12:02 Təhsil A A

Amerika Televiziya Sənətləri və Elmləri Akademiyası Fondunun ölkənin 50 ştatı üzrə keçirdiyi Yaz və yay təcrübə proqramlarına yekun vurulub.

Musavat.com xəbər verir ki, bu münasibətlə avqustun 5-də 11 ştatdan olan təcrübəçilər - gənc mütəxəssislər, Akademiyanın rəhbərliyi və üzvlərin iştirakı ilə Hollivudda ziyafət təşkil edilib.

Ziyafətdə iştirak edən Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının, təcrübə proqramlarına seçimlər üzrə münsiflər heyətinin üzvü Kamran Qasımov Akademiyanın üzvləri, Akademiya Fondunun prezidenti Codi Dilani, Akademiyanın sənədli filmlər üzrə qubernatoru Megan Çao, kinorejissor, prodüser Piter Dell ilə görüşüb, fikir mübadiləsi aparıb. Codi Dilani K.Qasımovun Akademiya Fondu ilə fəaliyyətini yüksək qiymətləndirərək, əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Televiziya Akademiyası Fondu gələcək nəsil televiziya mütəxəssislərini cəlb etməklə və onları öyrətməklə televiziya yaratmaq sənətini formalaşdırır. 1959-cu ildə Televiziya Akademiyasının xeyriyyə qolu kimi yaradılan Fond minlərlə istedadlı tələbəni yetişdirərək, onlara öz səslərini kəşf etməyə, bacarıqlarını təkmilləşdirməyə və televiziya sənayesinin hər bir sektorunda faydalı karyera qurmağa kömək edən əsas resursları təqdim edib. Fondun məzunlarına görkəmli yazıçılar, prodüserlər, sənədli aktyorlar, yaradıcı rəhbərlər daxildir.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR