İnsanlara hürriyət, millətlərə istiqlal!

Kambocada Türkiyə vətəndaşı öldürüldü - Hakan Fidan HƏRƏKƏTƏ KEÇDİ FOTO

717 02.03.2024 19:04 Dünya A A

2016-cı ildə infarkt keçirən və həkimlərin müdaxiləsi ilə həyata qaytarılan Ufuk Öntürk 2018-ci ildə dünya turnesinə çıxıb. O, əvvəlcə Taylanda, daha sonra isə Cənub-Şərqi Asiya ölkəsi Kambocaya gedib.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, fevralın 25-də Kambocada Öntürklə qaldığı hostelin sahibi və işçiləri arasında mübahisə düşüb.

Məlumata görə, 6 nəfərin iştirak etdiyi davada 52 yaşlı Öntürk başından çəkic zərbəsi alaraq həyatını itirib. Onun ölüm xəbəri Türkiyədəki qohumlarına çatdırılıb. Buddist inancına görə cənazəsinin yandırılması üçün etibarnamə tələb edildiyini öyrənən yaxınları AK Partiya İzmir Millət vəkili Eyyüp Kadir İnana müraciət edib. İnan vəziyyəti xarici işlər naziri Hakan Fidana çatdırıb.

Onun sözlərinə görə, nazir dərhal Kambocadakı rəsmilərlə əlaqə saxlayıb və Öntürkün cənazəsinin Türkiyəyə gətirilməsi barədə göstəriş verib.

Qətlə görə 6 nəfər həbs edilib. 

Musavat.com

Kamboçya'da çekiçli saldırıda öldürülen Türk için Hakan Fidan devreye girdi

Kamboçya'da çekiçli saldırıda öldürülen Türk için Hakan Fidan devreye girdi

Kamboçya'da çekiçli saldırıda öldürülen Türk için Hakan Fidan devreye girdi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR