İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamal Xərrazi vəfat edib

1297 10.04.2026 08:08 Dünya A A

İranın Ali Lideri Müctəba Xameneinin yaxın adamı və ölkənin Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi Tehranın bu yaxınlarda bombalanması zamanı aldığı yaralardan vəfat edib.

Musavat.com xəbər verir ki, məlumatı İran dövlət televiziyası  yayıb. Televiziya kanalının məlumatına görə, "əvvəllər Amerika-İsrail düşməninin hücumunda yaralanan Xərrazi bir neçə saat əvvəl vəfat edib".

Qeyd edək ki, aprelin 1-də Al-Hadath telekanalı Xərrazinin Tehranın bombalanması zamanı "yaralandığını və ağır vəziyyətdə olduğunu" bildirib. İran hakimiyyəti o vaxt bu məlumatla bağlı şərh verməyib.

Xərrazinin xanımı da hadisə zamanı həlak olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR