İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamal Cəfərov: “Türkiyəyə qarşı cəbhə açan hər kəs məğlub oldu”

260 30.05.2023 12:12 Son xəbər A A

Milli Məclisin iclasında çıxış edən deputat Kamal Cəfərov Türkiyədə keçirilən prezident seçkilərindən danışdı. O, bildirdi ki, 28 may seçkilərində müdrik türk xalqı öz siyasi müqəddəratını təyin etdi. “Türk qardaşlarımız təkcə Türkiyənin deyil, türk dünyasının inkişafına səs verdilər”-deputat bildirdi.

K.Cəfərov əlavə etdi ki, 28 may seçkiləri nəticəsində PKK-FETÖ terror təşkilatları məğlub olub, Mehmetçik və Bayraktar qalib gəlib. “Eyni zamanda zəlzələyə sevinib, ondan siyasi mənfəət güdənlər məğlub oldu, zəlzələdən əziyyət çəkənlər qalib gəldi, qeyri-əxlaqi dəyərlər məğlub oldu, ailə dəyərləri qalib gəldi, Türkiyəni dini və etnik kontekstdə bölməyə çalışanlar, bölücülük və illət məğlub oldu, türk milləti qazandı. Türkiyəyə qarşı cəbhə açan hər kəs məğlub oldu, cənab Ərdoğan qələbə qazandı. Rəis iştirak etdiyi bütün seçkilərdə qalib oldu, nəticədə türk dünyası qazandı, həmişə də qazanacaq”.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR