İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırov Ukraynaya daha 200 könüllü göndərdi – Natiq Cəfərli ilə Elxan Şükürlü “Canlı debat”da

674 18.05.2022 13:47 Gündəm A A

Daha 200 könüllü Ukraynadakı müharibədə iştirak etmək üçün Çeçenistandan yola düşüb. Bunu Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib. "Müraciət edənlər çoxdur, bu gün 200 nəfər könüllü göndərilib, onların əksəriyyəti ruslardır", - Kadırov jurnalistlərə deyib.

Çeçenistanın niyə könüllülərin toplanma məntəqəsinə çevrilməsi ilə bağlı sualı cavablandıran Kadırov deyib ki, rus xalqı çeçenlərin “heç vaxt terrorçu və quldur olmadığını” və Rusiyaya qarşı döyüşmədiyini başa düşür.

"Onlar görürlər ki, biz Suriyada da, Donbasda da Rusiyanın maraqlarını müdafiə edirik. Ona görə də deyirlər ki, çeçen əsgərləri döyüşməyə layiqdirlər və biz sizinlə döyüşmək, şeytanlara qarşı sizinlə olmaq istəyirik”, - deyə Çeçenistan rəhbəri qeyd edib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Müzakirədə ReAL Partiyasının icra katibi Natiq Cəfərli ilə Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü iştirak edəcək.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat



Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR