İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırov: “Üç xəbərdarlıqdan sonra təxribatçının alnından vurun”

786 31.10.2023 12:10 Dünya A A

Çeçenistanın rəhbəri Ramzan Kadırov hüquq-mühafizə orqanlarının əməkdaşlarına iğtişaşlara təhrik edənləri dərhal saxlamağı əmr edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Kadırov cinayətkarın üç xəbərdarlıq atəşinə reaksiya vermədiyi halda onu alnından güllələməyi tapşırıb.

Bazar günü Dağıstanda yerli sakinlər Tel-Əvivdən təyyarə gələndən sonra Mahaçqala hava limanının uçuş-enmə zolağına daxil olub və kütləvi iğtişaşlar başlayıb. Polisin son məlumatlarına görə, 83 nəfər saxlanılıb.

Çeçenistan rəhbəri Daxili İşlər Nazirliyi və Rusiya Milli Qvardiyasının nümayəndələri ilə görüşündə deyib: "Əgər icazəsiz iğtişaşlara gedən bir nəfər də olsa, onu saxlayıb həbs edin".

“Yaxud havaya üç xəbərdarlıq atəşi açın və bundan sonra şəxs qanuna əməl etmirsə, dördüncü gülləni alnına vurun”, - Kadırov deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR