İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kabinet” sözünü hərə öz tərbiyəsi ilə ölçür” – VİDEO

1699 08.06.2024 17:45 Şou-biznes A A

Əməkdar artist Nüşabə Ələsgərli müğənni Təranə Musayevanın ifaçı qızı Qumralın "Ən çox pul və yaxşı məclislər kabinetlərdə olur" fikirlərini münasibət bildirib.

Musavat.com bizim.media-ya istinadən bildirir ki, bununla bağlı sənətçi "Elgizlə izlə" ictimai-sosial verilişinin efirinə zəng edərkən danışıb.

Nüşabə Qumralla bu mövzuda həmfikir olduğunu vurğulayıb.

"Əvvəla "kabinet" sözünü hərə öz tərbiyəsi ilə ölçür. "Kabinet" otaq, məclis, banket otağıdır. Elə "kabinet"lərdə sənin də, mənim də ad günüm və ya hər hansısa məclisim ola bilər. Axı bu "kabinet" sözünü niyə insanlar pis formada fikirləşirlər?! Bəli, məndə pis şeyləri dəstəkləmirəm. Amma normal oxumağa gedirsənsə, pulunu və qonorarına qazanmağa gedirsənsə və nəticədə ailən dolanırsa, burada pis nə var ki..."

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR