İnsanlara hürriyət, millətlərə istiqlal!

Jurnalistlər üçün təlim keçirilib - Fotolar

944 01.06.2022 17:44 Media A A


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə iqtisadi sahədə fəaliyyət göstərən media nümayəndələrinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə “Daşınmaz əmlakın qeydiyyatı” və “Dövlət əmlakının özəlləşdirilməsi” mövzularında təlim keçirilib.

Musavat.com bildirir ki, təlimçilər - Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları Elnur Rzayev və Rəşad Əbləsənov daşınmaz əmlakın qeydiyyatı prosedurları, bu sahədə vətəndaşların daha çox istifadə etdiyi elektron xidmətlər və onlardan istifadə qaydaları, dövlət əmlakının özəlləşdirilməsi üsulları, özəlləşdirilmə prosesinin iqtisadiyyata verdiyi faydalar, üstünlüklər barədə təqdimatla çıxış ediblər.

Tədbirdə mövzularla bağlı müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Sertifikatları KİV nümayəndələrinə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi müavini Rüstəm Şahbazov və Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov təqdim ediblər.

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR