İnsanlara hürriyət, millətlərə istiqlal!

Jurnalistə hücum etmə cəhdi, hədə-qorxu: Cavidin itkin düşməsi ilə bağlı polisə yalan izahat verilib? - VİDEO

990 31.01.2024 00:06 Hadisə A A

Dörd il öncə itkin düşən Goranboy kənd sakini Cavid Sabir oğlu Bayramovun axtarışları davam edir.

“Xəzər” TV-də yayımlanan “Təsir dairəsi” verilişində Cavidin itkin düşməsi ilə bağlı polisə verdiyi izahatın yalan olduğu məlum olan Goranboy sakini Rahil Aslanov danışıb.

O açıqlamasında qeyd edib ki, polisi gördüyü zaman qorxduğu üçün yalan danışıb.

Məsələdə şübhəli bilinən şəxslərdən biri olan Astan Məsim oğlu Cəfərovun bacısı isə efir zamanı Cavidin atası Fərman Cəfərova hədə-qorxu gəlib.

Qeyd edək ki, Goranboyda aparılan çəkilişlər zamanı Astan Cəfərov televiziyanın kameramanına hücum çəkməyə cəhd edib və çəkilişə mane olmaq istəyib.

Həll yolunu tapmayan müəmmalı hadisənin təfərrüatı süjetdə:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR