İnsanlara hürriyət, millətlərə istiqlal!

Janet Yellen: "Təcili yolunu tapmalıyıq”

520 27.02.2024 18:29 Dünya A A

ABŞ-ın maliyyə naziri Janet Yellen Qərb koalisiyasının təcili olaraq bloklanmış Rusiya aktivlərini Ukraynaya çatdırmaq üçün bir yol tapmalı olduğunu bildirib.

Musavat.com xəbər verir ki, bu barədə nazir Braziliyanın San-Paulu şəhərində G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşü ərəfəsində keçirdiyi mətbuat konfransında danışıb:

“Mən həmçinin inanıram ki, bizim koalisiya təcili olaraq Ukraynanın müqavimətini və uzunmüddətli bərpasını dəstəkləmək üçün bu dondurulmuş aktivlərin potensialını açmaq yolunu tapmalıdır”.

ABŞ maliyyə naziri qeyd edib ki, Rusiyanın vəsait və resurslara çıxışının məhdudlaşdırılması “Moskvanı Ukraynada ədalətli sülhü müzakirə etmək üçün danışıqlar masasına oturmağa təşviq edəcək”.

Yellen həmçinin bildirib ki, Yeddilik Qrupu (G7) dondurulmuş Rusiya aktivlərinin müsadirəsi və ya hər hansı digər istifadəsi üçün üstünlük verilən strategiyanı hələ hazırlamayıb, lakin bunun milli və beynəlxalq qanunlara uyğun olmasını təmin etməyə çalışır: "Bizim bunu necə edəcəyimizə dair üstünlük verilən strategiyamız yoxdur. Biz G7 və müttəfiqlərimizin birlikdə hərəkət etməsini istəyirik. Müxtəlif ölkələrin fərqli maraqları var və biz Rusiya aktivlərindən iqtisadi fayda əldə etmək üçün elə bir yol tapmaq istəyirik ki, milli və beynəlxalq hüquqla uyğun olsun və beləliklə hamımızın dəstəyini alsın”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR