İnsanlara hürriyət, millətlərə istiqlal!

Jair Bolsonarunun başı BƏLADA 

608 05.07.2024 16:53 Dünya A A

Braziliya polisi Səudiyyə Ərəbistanı hakimiyyəti tərəfindən bağışlanan zinət əşyalarının idxalı ilə bağlı keçmiş prezident Jair Bolsonaruya qarşı ittiham irəli sürüb.

Musavat.com xəbər verir ki, bu barədə yerli “G1” portalı məlumat yayıb.

Saytın xəbərinə əsasən, siyasətçi dövlət əmlakını mənimsəməkdə, sui-qəsddə və çirkli pulların yuyulmasında şübhəli bilinir. Polis Bolsonarunun istintaqa qədər saxlanması üçün order tələb etməyib. İş üzrə daha 11 nəfərə qarşı ittiham irəli sürülüb.

“O Estado de S. Paulo” qəzetinin yazdığına görə, 2021-ci ilin oktyabrında Bolsonaru administrasiyasının əməkdaşı Səudiyyə Ərəbistanı hakimiyyətinin krallığa səfərindən əvvəl prezidentə təqdim etdiyi 3,2 milyon dollar dəyərində zinət əşyalarını gizli şəkildə Braziliyaya idxal etməyə cəhd edib. Nəşrin məlumatına əsasən, Jair Bolsonarunun prezidentlik müddəti bitməzdən əvvəl onun administrasiyasının üzvləri zinət əşyalarının geri qaytarılması üçün bir neçə dəfə cəhd ediblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR