İnsanlara hürriyət, millətlərə istiqlal!

“İtirdiyim xoşbəxtlik” kitabının Daşkənddə imza mərasimi keçirilib - Fotolar

864 18.10.2022 16:30 Mədəniyyət A A

Qardaş Özbəkistanın paytaxtı Daşkənd şəhərində “İtirdiyim xoşbəxtlik” (Qarabağ hekayələri) toplusunun imza mərasimi keçirilib.

Musavat.com-un xəbərinə görə, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva həmmüəllifi olduğu nəşrin məziyyətlərindən danışıb, bu hekayələrin Qarabağ işğaldaykən yazıldığını bildirib, ürək sözlərini bölüşüb:

“Ulu Tanrıya çox şükürlər olsun ki, iki il bundan öncə Azərbaycan Ordusu işğalçıları Qarabağdan qovdu. Və biz “Qarabağ hekayələri”nin təqdimatını bu gün qürurla keçiririk. Bu, özbəkcəyə uyğunlaşdırılmış “Qarabağ hekayələri”nin ilk təqdimatdır. İlk təqdimatın Özbəkistanın paytaxtı Daşkənd şəhərində dünən start götürmüş “Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində, Azərbaycanın və Özbəkistanın dəyərli aydınları, ictimai fəallar və özəlliklə gənclərin iştirakı ilə keçirilməsi çox xoşdur. Ümidvarıq ki, “İtirdiyim xoşbəxtlik” (“Qarabağ hekayələri”) toplusu qardaş Özbəkistan ictimaiyyətinin Qarabağ, ümumən Azərbaycan həqiqətləri ilə daha yaxından tanış olması, geniş bilgilənməsi baxımından faydalı olacaq”.

Sözünə davam edən komitə sədri deyib: “Qardaş Özbəkistan dövləti və çoxmilyonlu özbək xalqı bizim haqlı mövqeyimizi həmişə müdafiə edib. Biz 44 günlük müharibə vaxtı bunun bir daha şahidi olduq. Bu imza mərasimində də, ilk növbədə Özbəkistan xalqına və dövlətinə minnətdarlığımızı bildirir, ən xoş diləklərimizi yetirirəm. Qoy, bu imza mərasimi yeni əlaqələrin, yeni əməkdaşlıqların qurulmasına vəsilə olsun. İmza mərasiminə qatıldığınız üçün hər birinizə könül dolusu təşəkkür edirəm”.

Sonra imzalanma mərasimi olub. Q.Paşayeva həmmüəlifi olduğu “İtirdiyim xoşbəxtliy”i yüzə yaxın oxucu üçün imzalayıb, ürək sözlərini yazıb.

Xatırladaq ki, nəşrə görkəmli özbək alimi Babaxan Şərif “Təqdim” yazısı yazıb. Özbək alimi Azərbaycan həqiqətləri, bu həqiqətlərin bədii ədəbiyyatda inikası, eləcə də, qardaş ölkələrimizin daha da doğmalaşmasında ədəbiyyatın önəmli rolu haqqında düşüncələrini bölüşüb.

Yeni nəşrdə yer alan hekayələri özbəkcəyə istedadlı gənc şair-tərcüməçi, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü Şahistə Artukova (Kamranlı) uyğunlaşdırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR