İnsanlara hürriyət, millətlərə istiqlal!

İtaliya çempionatı təxirə düşə bilər

416 25.07.2022 12:27 İdman A A

Qarşıdan gələn İtaliya futbol çempionatı planlaşdırılandan gec başlaya bilər. Səbəb isə hazırda Avropada müşahidə olunan anomal yüksək temperaturdur.

Bu barədə A Seriyasının prezidenti Lorenso Kazini xəbərdarlıq edib.

“Mövsümə avqustun 13-də başlamaq çətin olacaq. Birinci problem iqlimlə bağlıdır, çünki indiki temperaturlar davam edərsə, mövsümə qeyd olunan tarixdə başlamaq çox çətin olacaq. İkinci məqam odur ki, bu mövsüm Qətərdə keçirilən dünya çempionatı ilə bağlı fasilə səbəbindən özlüyündə qeyri-adi olacaq”, - deyə o bildirib.

Xatırladaq ki, ötən mövsümün sonunda A seriyasının qalibi “Milan” olub. Çempionatda ikinci yeri “İnter”, üçüncü yeri “Napoli”, dördüncü yeri “Yuventus” tutub.

Qeyd edək ki, yerli mediada İtaliyanın bəzi bölgələrində havanın temperaturunun 40°C-dən çox olduğu bildirilir.

Mənbə: Çempionat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR