İsveçrə, Rusiya Prezidenti Vladimir Putin və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasında Ukrayna böhranının həlli ilə bağlı görüşə ev sahibliyi etməyə hazır olduğunu bəyan edib.
Musavat.com bildirir ki, bu barədə “Le Temps” qəzeti məlumat yayıb.
Məlumata görə, İsveçrə yalnız hər iki tərəfin bu təklifi irəli sürməsi halında görüşə şərait yaratmağa hazırdır. Tərəfsiz ölkə olaraq İsveçrə, münaqişələrin həllində vasitəçilik rolu ilə tanınır və bu mövqeyini bir daha vurğulayıb.
Eyni zamanda, hələlik görüş üçün mümkün yerlər kimi İstanbul, Bakı, Əbu-Dabi və ya Dubay kimi şəhərlərin adları çəkilib. Bu şəhərlər strateji mövqeləri və beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmək təcrübələri ilə diqqət çəkir.
Ukrayna böhranı üzrə bu cür diplomatik təşəbbüslər beynəlxalq diqqəti cəlb etməkdə davam edir.
Musavat.com