İnsanlara hürriyət, millətlərə istiqlal!

“İsveçrə neytraldır, Ukraynaya silah verə bilməz” – Prezident Amherd

428 07.06.2024 11:45 Dünya A A

İsveçrə neytrallığına görə Ukraynanı silahla təmin edə bilmir, lakin ona humanitar yardımda kömək edir və ölkənin yenidən qurulması üçün 5 milyard frank vəd edib.

Musavat.com xəbər verir ki, bunu Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində konfederasiyanın prezidenti Viola Amherd deyib.

“Biz bitərəfliyimizə görə silah tədarük edə bilmirik. Amma biz humanitar yardım göstərdik, Luqanoda ilk yenidənqurma konfransını keçirdik və yenidənqurma yardımı üçün 5 milyard frank vəd etdik”, - Amherd bildirib.

Bununla belə, prezident xatırladıb ki, onun ölkəsi əvvəllər Almaniyaya 25 “Leopard 2” tankı verib, bu tanklar neytrallıq hüququna riayət etmək ehtiyacı ilə bağlı məhdudiyyətlərə məruz qalmır və Almaniya daha sonra onu Kiyevə göndərə bilər. “Hazırda “Rheinmetall”dan Leopard 1-in də alınması ilə bağlı müraciəti müzakirə edilir”, - prezident deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR