İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçrə dondurduğu Rusiya aktivlərinin həcmini açıqladı: 400 milyon dollar artım var

335 01.12.2023 18:48 Dünya A A

İsveçrə Rusiyanın 7,7 milyard İsveçrə frankı (8,8 milyard dollar) dəyərində aktivlərini dondurub.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” ölkənin İqtisadiyyat üzrə Dövlət Katibliyinə(SECO) istinadən məlumat yayıb.

Katibliyin məlumatına görə, söhbət 2022-ci illə müqayisədə bir qədər artan ilkin rəqəmlərdən gedir. 2022-ci ilin dekabrında ölkə hakimiyyəti Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına qoşulduqdan sonra Rusiyanın 7,5 milyard İsveçrə frankı (8,4 milyard dollar) məbləğində aktivlərinin dondurulduğunu açıqlamışdı.

SECO-dan bildirilib ki, sanksiya siyahılarına yeni şəxslərin əlavə edilməsi və çıxarılması, habelə aktivlərin dondurulması və ya açılması ilə bağlı məhkəmə işlərinə görə dəqiq rəqəm söyləmək çətindir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR