İnsanlara hürriyət, millətlərə istiqlal!

İsti ərazilər daha da istiləşəcək, soyuq yerlər isə... - Alimlərdən XƏBƏRDARLIQ

983 28.03.2024 13:29 Dünya A A

İqlim dəyişikliyi səbəbindən qlobal okean axınlarının, əsasən də Qolfstrimin əhəmiyyətli dərəcədə yavaşladığı aşkarlanıb.

Musavat.com Publika.az-a istinadən xəbər verir ki, dəyişikliyi ABŞ-nin Merilend Universitetinin alimləri müəyyən ediblər.

Alimlər istiliyi ekvatordan şimala daşıyan okean cərəyanları sistemi olan Atlantik meridional çevrilmə dövriyyəsi (AMOC) haqqında məlumatları təhlil ediblər. Məlum olub ki, 1955-ci ildən 1994-cü ilə qədər sabit qalıb, lakin 1990-cı illərin ortalarında AMOC daha yavaş hərəkət etməyə başlayıb. Bu okean səthlərinin istiləşməsi və suyun yuxarı hissəsindəki duzluluğun dəyişməsi səbəbindən baş verib.

"AMOC yavaşlamağa davam edərsə, bu, istilik ötürülməsinin azalmasına, isti ərazilərin daha da istiləşməsinə, soyuq ərazilərin isə daha soyuqlaşmasına səbəb olacaq", - deyə tədqiqatçılar xəbərdarlıq ediblər.

Qeyd edək ki, araşdırmanın nəticələri “Frontiers in Marine Science” jurnalında dərc olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR