İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda iranlı qadınlara dəstək aksiyası keçirilib

802 02.10.2022 23:03 Region A A

İranda 22 yaşlı Məhsa Əmininin polis şöbəsindəki ölümündən sonra baş qaldıran etirazlara dəstək məqsədilə İstanbulda aksiya keçirilib.

Musavat.com-un Oxu.az-a istinadən məlumatına görə, Kadıköydə Eminönü-Karaköy körpüsü qarşısında toplaşan insanlar “İranda, Türkiyədə və hər yerdə qadınlara azadlıq” yazılmış pankart açıb və müxtəlif plakatlar daşıyıblar.

İstanbulda yaşayan iranlıların da iştirak etdiyi nümayişdə qadınlara azadlıq tələbləri dilə gətirilib və İran rejiminin mövcud təqibləri tənqid edilib.

Aksiya bir saat davam etdikdən sonra insidentsiz başa çatıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR