İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin müdafiə naziri ƏMR ETDİ: Tam mühasirəyə alınsın

1553 09.10.2023 13:56 Gündəm A A

İsrailin müdafiə naziri Yoav Qallant Qəzza zolağının tam mühasirəyə alınmasını əmr etdiyini bildirib.

Musavat.com xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

“Qəzzanı tam mühasirəyə almağı əmr etmişəm. Oraya nə elektrik, nə qida, nə yanacaq təchizatı olacaq”, - deyə nazir qeyd edib.

Nazir həmçinin bildirib ki, Qüds HƏMAS hərəkatının üzvləri ilə mübarizə aparır və buna uyğun hərəkət etmək məcburiyyətindədir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı kütləvi raket hücumu həyata keçirilib. Buna cavab olaraq İsrail “Dəmir Qılınclar” əməliyyatına başlayıb. Əməliyyatın birinci mərhələsi oktyabrın 8-nə keçən gecə başa çatıb.

Son məlumatlara görə, İsrail tərəfində 700-dən çox insan həlak olub, 2200-dən çox insan yaralanıb. Fələstində 313 ölü və 1990 yaralı var.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR