İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailə etiraz edənlər Maxaçqala aeroportunu ələ keçirdi: Təl-Əvivdən gələnləri axtarırlar - VİDEO

1634 29.10.2023 23:14 Dünya A A

İsrailə qarşı etiraz edən Dağıstan vətəndaşları MaxaçQala aeroportunu ələ keçiriblər. Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin bununla bağlı yaydığı məlumata görə, Mahaçqala hava limanı onlarla şəxsin aeroporta icazəsiz girişinə görə bağlanıb.

Təyyarələr alternativ aeroportlara yönləndirilir: “Naməlum şəxslərin Maxaçqala aeroportunun perronuna daxil olması ilə əlaqədar, hava limanının uçuşlara xidmət göstərmək üçün müvəqqəti bağlanması barədə qərar qəbul edilib”.

Federal Hava Nəqliyyatı Agentliyi qeyd edib ki, tədbirlər vəziyyət normallaşana qədər qüvvədə qalacaq, hüquq-mühafizə orqanları hadisə yerində işləyir.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Maxaçqala aeroportu yaxınlığında yüzlərlə şəxs Fələstin-İsrail münaqişəsinə etiraz aksiyası keçirir. Onlar bu gün axşam saatlarında Təl-Əvivdən müntəzəm reys üzrə təyyarənin endiyi hava limanının beynəlxalq terminalına zorla daxil olaraq, gələn sərnişinləri axtarmağa başlayıblar.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR