İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildə keçiriləcək bütün oyunlar ləğv edildi

509 09.10.2023 13:36 İdman A A

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) növbəti iki həftə ərzində İsraildə himayəsi altında keçiriləcək bütün oyunları ləğv edib.

Musavat.com "report"a istinadən bildirir ki, bu barədə qurumun saytında məlumat verilib.

"UEFA mövcud təhlükəsizlik vəziyyətini nəzərə alaraq İsraildə növbəti bir neçə həftəyə planlaşdırılan bütün oyunları təxirə salır", - məlumatda bildirilir.

Qeyd edilir ki, 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də keçiriləcək İsrail və İsveçrə matçının qeyri-müəyyən müddətə təxirə salınır. Bundan əlavə, 21 yaşadək futbolçular arasında UEFA Avropa çempionatının iki oyunu təxirə salınıb, İsrail oktyabrın 12-də Estoniya, sonra isə oktyabrın 17-də Almaniya ilə qarşılaşmalıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR