İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail səfiri: “Əli Xameneyi bütün sosial şəbəkələrdən çıxarılmalıdır”

432 28.11.2023 13:15 Siyasət A A

İsrailin BMT-dəki səfiri Gilad Erdan İlon Maskın İsrailin hərəkətlərini dəstəkləməsinə toxunaraq, ona antisemitizmin yayılmasını pislədiyinə görə təşəkkür edib və habelə İranın rəhbəri Əli Xameneyinin “X” hesabından çıxarılmasını istəyib.

Musavat.com xəbər verir ki, o, özünün “X” hesabında İsrailə qarşı geniş təbliğatin aparıldığını bildirərək yazıb:

“İndi sizin dediyiniz kimi, hərəkətə keçmə vaxtı çatıb. İranın rəhbəri Əli Xameneyi kimi yəhudilərin soyqırımına və İsrail dövlətinin məhvinə çağırış edənlər “X” və bütün sosial media platformalarından çıxarılmalıdırlar”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR