İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail ilk dəfə AÇIQLADI - 3000 HƏMAS üzvü...

1180 02.11.2023 13:24 Dünya A A

Oktyabrın 7-də İsrailə edilən hücumda ən azı 3 min silahlı iştirak edib.

Musavat.com xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti İsrail Müdafiə Qüvvələrinə istinadən bildirib.

Qeyd olunub ki, bu, HƏMAS üzvlərinin dindirilməsi zamanı əldə edilən kəşfiyyat məlumatlarına əsaslanır.

İlkin hesablamalarda hücumda 1500-2000 HƏMAS silahlısının iştirak etdiyi deyilirdi.

Döyüşlərin ilk iki günü ərzində İsraildə 1000-ə yaxın HƏMAS üzvünün öldürüldüyü, daha 200 nəfərin isə əsir götürüldüyü iddia edilir. Hazırda onların cəsədləri sərhəd zonasında qalır. 

Xatırladaq ki, HƏMAS oktyabrın 7-də İsraillə müharibəyə başlayıb. Fələstin hərəkatı İsrail ərazisinə yüzlərlə raket atıb, bir neçə yaşayış məntəqəsini ələ keçirib. 1,4 min israilli hücumun qurbanı olub, daha 5,4 min nəfər isə yaralanıb. Buna cavab olaraq İsrail hərbi əməliyyata başlayıb. Nəticədə Qəzza zolağında 8,8 min insan həlak olub, 22,2 min nəfər isə yaralanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR