İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail "Hizbullah" hədəflərini VURDU

743 11.10.2023 16:08 Gündəm A A

İsrail Müdafiə Qüvvələrinə (IDF) aid təyyarələr Livandakı "Hizbullah" hərəkatının hədəflərini vurub.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə IDF-in mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub, İsrail əsgərlərinə atılan tank əleyhinə raketə cavab olaraq, qırıcılar Livanın cənubundakı "Hizbullah" terror təşkilatının hərbi müşahidə məntəqəsinə zərbə endirib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı kütləvi raket zərbəsi endirilib. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Buna cavab olaraq İsrail “Dəmir Qılınclar” əməliyyatına başlayıb.

Oktyabrın 10-da İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın hədəflərinə genişmiqyaslı hücuma başladığını elan edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR