İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail HƏMAS-ın hücum planlarından bir il əvvəl XƏBƏRDAR OLUB

505 01.12.2023 14:25 Dünya A A

İsrail təhlükəsizlik rəsmiləri HƏMAS-ın hücum planından bir il əvvəl xəbərdar olub.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” sənədlərə və yazışmalara istinadən məlumat yayıb.

"İsrail ordusu və kəşfiyyat rəsmiləri planı həyata keçirməyin çox çətin olduğunu nəzərə alaraq, ciddiyə almayıb", - deyə nəşr yazıb.

“Yerixo Divarı” kod adlı sənəddə oktyabrın 7-də baş verən və 1200-ə yaxın insanın ölümü ilə nəticələnən işğal detallı təsvir edilib.

Belə ki, sənəddə hücumun dəqiq tarixi göstərilməyib, lakin ətraflı təsviri verilib. Nəşr qeyd edir ki, HƏMAS bu planı heyrətamiz dəqiqliklə yerinə yetirib.

Bundan başqa, sənəddə İsrail ordusu haqqında ətraflı məlumatlar var. Bu da öz növbəsində HƏMAS-ın kəşfiyyat məlumatlarını necə topladığı və İsrailin təhlükəsizlik strukturlarında sızmaların olub-olmaması ilə bağlı suallar doğurur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR