İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrafil Məmmədovun 2 müavini olacaq- Fərman

1991 12.06.2024 15:04 Son xəbər A A

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun iki müavini olacaq.

Musavat.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərmanında öz əksini tapıb.

Fərmanla İcraçı direktorun Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini olacaq.

Qeyd edək ki, indiyədək Dövlət Neft Fondunun İcraçı direktorunun bir müavini olub.

Məlumat üçün bildirək ki, 2019-cu ilin noyabrından indiyədək ARDNF-nin icraçı direktoru İsrafil Məmmədovdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR