İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniyada Rusiyaya bağlı 450-dən çox aktiv aşkarlanıb

419 23.02.2024 16:57 İqtisadiyyat A A

İspaniya Mülki Qvardiyası ölkədə Avropa sanksiyalarına məruz qalan rusiyalı sahibkarlara bağlı olan 357 daşınmaz əmlak, 7 yaxta və 10 təyyarə aşkarlayıb.

Musavat.com xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, ümumilikdə krallığın hüquq-mühafizə orqanları 450-dən çox aktivi müəyyən edə bilib. Söhbət yüz milyonlarla avro dəyərində daşınmaz əmlak və digər aktivlərdən gedir. Agentlik obyektlərin dondurulması barədə qərarın neçə halda verildiyini dəqiqləşdirə bilmir, lakin faizin çox yüksək olduğunu deyir.

EFE hesab edir ki, Ukraynada münaqişənin davam etdiyini nəzərə alsaq, görünür, Avropa sanksiyaları istənilən effekti verməyib.

Qeyd edək ki, fevralın 21-də Avropa İttifaqı Şurasına sədrlik edən Belçika Aİ ölkələrinin səfirlərinin fevralın 24-dək qüvvəyə minəcək 13-cü anti-Rusiya sanksiyalar paketi ilə bağlı razılığa gəldiyini açıqlayıb. Paket təkcə Rusiyadan deyil, onun bir sıra tərəfdaşlarından, o cümlədən Çin, İran və KXDR-dən olan 200-ə yaxın fiziki və hüquqi şəxsin qara siyahıya salınmasını nəzərdə tutur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR