İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniyada hərbçilər güclü meşə yanğınlarının qarşısını almağa cəlb edilib

197 16.07.2023 08:13 Hadisə A A

İspaniyanın Kanar adalarının bir hissəsi olan La Palma adasında meşə yanğını tüğyan edir.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Qeyd olunub ki, yanğına görə ən azı 500 nəfər təxliyə edilib. Adanın şimalındakı meşəlik ərazidə başlayan yanğının sürətlə yayılmasına quraqlıq və güclü külək kömək edib. Nəticədə ən azı 11 ev külə dönüb.

İspaniya ordusu yerli mülki xilasedicilərə kömək etmək üçün adaya 150 yanğınsöndürən gətirib. Bundan başqa, yanğınla mübarizəyə bir neçə helikopter və təyyarə cəlb olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR