İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniya 4 qat Avropa çempionu oldu - VİDEO

3541 15.07.2024 00:57 İdman A A

İlk yayın vaxtı 23:00

İspaniya milli komandası futbol üzrə Avropa çempionu olub. 

Musavat.com xəbər verir ki, Almaniyada təşkil olunan Avropa çempionatında İspaniya və İngiltərə komandaları qarşı-qarşıya gəlib. İspaniya milisinin üzvü Niko Uilyams 47-ci dəqiqədə fərqlənib - 1:0. İngiltərə millisinn futbolçusu Koul Palmer 73-cü dəqiqədə bərabərliyi təmin edib - 1:1. Mikel Oyarzabal 86-cı dəqiqədə İspaniya komandasını hesabda növbəti dəfə önə çıxarıb - 2:1.

Oyunda başqa qol vurulmayıb. İspaniya milli komandası futbol üzrə Avropa çempionu olub. 

 

***

Musavat.com xəbər verir ki, oyunun son dəqiqələrində ispanlar yenidən hesabda önə çıxıb. 86-cı dəqiqədə Maykl Oyarzabal fərqlənib. 

***

Musavat.com xəbər verir ki, oyunun ikinci hissəsində hesab bərabərləşib. 73-cü dəqiqədə ingilis futbolçu Koul Palmer fərqlənib. 1:1.

***

Oyunun ikinci hissəsinin ilk dəqiqələrində hesab açılıb.

Musavat.com xəbər verir ki, 47-ci dəqiqədə ispaniyalı futbolçu Niko Vilyams ilk qolu İngiltərə millisinin qapısından keçirib. 1:0.

***

Almaniyada təşkil olunan Avropa çempionatının İspaniya və İngiltərə komandaları arasında keçirilən final matçında ikinci hissə başlayıb.

***

Musavat.com xəbər verir ki, Avropa çempionatının final matçında ilk hissə başa çatıb. 

İspaniya və İngiltərə milliləri arasında baş tutan oyunda hesab açılmayıb. Komaldalar 0:0 bərabərliklə fasiləyə yollanıb. 

***

Musavat.com xəbər verir ki, Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında bu gün finaldır.

İki nəhəng komanda çempionluq kuboku uğrunda mübarizə aparacaq. İspaniya və İngiltərə milliləri arasında final matçına artıq start verilib və siz efiri Azərbaycanın İctimai Televiziyasından izləyirsiniz. Oyunu hazırda Berlində stadionda olan Tural Dadaşov şərh edir. 

Qarşılaşma Berlindəki Olimpiya stadionunda keçirilir.

Oyunu fransalı hakim Fransua Leteksye idarə edir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR