İnsanlara hürriyət, millətlərə istiqlal!

İşğaldan azad olunmuş 43 yaşayış məntəqəsinin ərazi planlaşdırılması sənədləri hazırlanır

1010 24.12.2022 18:38 Qarabağ xəbərləri A A

İşğaldan azad olunmuş 43 yaşayış məntəqəsinin ərazi planlaşdırılması sənədləri hazırlanmaqdadır.

“Report”un xəbərinə görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə Bakıda keçirilən “Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” adlı konfransda deyib.

Onun sözlərinə görə, həmin kəndlərdən üçünün - Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin Prezident tərəfindən 4 oktyabr 2022-ci il tarixində təməli qoyulub: “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı ilkin mərhələdə bərpa olunacaq 100 yaşayış məntəqəsindən (8 şəhər, 8 qəsəbə və 84 kənd) 7 şəhər və 36 qəsəbə və kənd olmaqla – ümumilikdə 43 yaşayış məntəqəsinin ərazi planlaşdırılması sənədləri hazırlanmaqdadır”.

O bildirib ki, qalan 57 yaşayış məntəqəsi üzrə isə 2023-cü ildə 38 yaşayış məntəqəsinin, o cümlədən Laçın şəhərinin, eləcə də 37 qəsəbə və kəndin, 2024-cü ildə isə 19 yaşayış məntəqəsinin layihələndirilməsi, ikinci mərhələdə bərpası nəzərdə tutulan yaşayış məntəqələrindən isə 37 ədədinin 2025-26-cı illərdə layihələndirilməsi planlaşdırılır: “Ümumilikdə Dövlət Proqramı ilə 2022-26-cı illər ərzində yaşayış məntəqələrində çoxmənzilli binaların və fərdi yaşayış evlərinin inşası ilə bağlı mərhələli şəkildə tədbirlərin görülməsi və 34 500 ailənin doğma torpaqlarına köçməsi nəzərdə tutulur”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR