İnsanlara hürriyət, millətlərə istiqlal!

İşğal dövründə 1000-ə yaxın tədris müəssisəsi dağıdılıb

1885 27.09.2022 10:47 Təhsil A A

"30 ilə yaxın dövrdə milli-mənəvi irsimiz, eyni zamanda təhsil ocaqları darmadağın edilib".

Musavat.com xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

"İşğal müddətində 600-ə yaxın mədəniyyət ocağı, 1000-ə yaxın tədris müəssisəsi dağıdılıb. Hazırda işğaldan azad edilən ərazilərdə tikinti-quruculuq işləri aparılır. Təhsil sahəsində də işlər görülür. Zəngilanda Ağalı məktəbində tədris başlayıb. Digər rayonlarda da - Ağdam, Cəbrayıl, Şuşada məktəblər tikilir. Bunu bizə qismət edən şanlı ordumuzdur. Məhz onların qəhrəmanlığı sayəsində torpaqlarımız azad edildi. Fəxrlə deyə bilərik ki, Vətənini sevən gənclər var. Bu gün qələbənin əldə olunmasında Ali Baş Komandanın böyük rolu. Onun çağırışında vəziyyət ətraflı izah olunmuşdu. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Allah rəhmət eləsin!", - F.Qurbanov bildirib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR