İnsanlara hürriyət, millətlərə istiqlal!

İş adamını öldürən şəxs: “Yanındakı qız bizi söymüşdü”

2025 10.11.2022 16:03 Kriminal A A

Sumqayıtda qətl törədən şəxsə hökm oxunub.

Musavat.com Qafqazinfo-ya istinadla xəbər verir ki, ötən il oktyabrın 10-u, saat 04:00 radələrində 1992-ci il təvəllüdlü Tural Abdulovu bıçaqlayaraq qətlə yetirən 1994-cü il təvəllüdlü Sənan Hacının məhkəmə prosesi başa çatıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Hacı Cinayət Məcəlləsinin 120.2.2 (Xuliqanlıq niyyətilə adam öldürmə) və 221.3-cü (Xuliqanlıq – silah tətbiq etməklə) maddələri ilə təqsirli bilinərək 18 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib.

Araşdırmalar zamanı məlum olub ki, 30 yaşlı T.Abdulov Sumqayıtda biznes fəaliyyəti ilə məşğul olub və 3 yerdə şərab mağazası işlədib. Hadisə baş verən gün T.Abdulov avtomobillə Sənanın və yanındakı digər 2 nəfərin qarşısından keçib.

Bu zaman avtomobildə sərnişin qismində qız da olub. Həmin qızın onlara qarşı söyüş işlətdiyini deyən Sənan fit çalaraq və qışqıraraq maşını saxladıb və mübahisə baş verib. Həmin vaxt ərazidə polislər olduğu üçün tərəflər mübahisəni qısa vaxtda bitirərək uzaqlaşıblar. Lakin Sənan və dostları bir qədər sonra yenidən həmin yerə - T.Abdulovun işlətdiyi mağazanın yaxınlığına gəliblər. Bu zaman mübahisə münaqişəyə çevrilib və Sənan Turalın ürək nahiyəsinə bıçaqla zərbələr endirərək onu qətlə yetirib.

Xatırladaq ki, hadisə Sumqayıt şəhər 5-ci mikrorayon Zülfi Hacıyev küçəsində qeydə alınıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR