İnsanlara hürriyət, millətlərə istiqlal!

“İrqçi” futbolçunun ailə şəkli

1380 06.07.2024 11:51 Dünya A A

Şəkildə gördüyünüz bu oğlan hazırda Avropanın ən məşhur adamlarından biridir.

Merih Demiralı məşhurlaşdıran iyulun 2-də Avstriya yığma komandasının qapısına vurduğu iki qol və qələbədən sonra hər iki əlinin barmaqları ilə Altay türklərinin neçə min illik simvolu olan “bozqurd” işarəsi tutmasıdır.

Buna görə ondan UEFA-ya şikayət etdilər və UEFA rəsmiləri ağına-bozuna baxmadan onu irqçilikdə günahlandırdılar.

İndi siz bu “irqçi” oğlanın ailəsinə baxın. Həyat yoldaş Hayde Luştaki alban əsilli sarışın isveçrəli modeldir, yəni türk qızı türk deyil. Oğulları avropoid irqinin bariz nümunəsi olacaq görünüşdədir. Merihin atasının laz, anasının da boşnak olduğu bildirilir.

irqqq.JPG (57 KB)

Bir adamın ki, ailəsi beynəlmiləl tərkibə malik ola, onun qol sevinci ifadə edərkən adi, amma populyar bir əl jesti etməsindən çıxış edərək ona cəza kəsilməsi nə deməkdir? İrqçilik məhz budur.

Düzdür, Merihə kəsilən cəzanın əsaslandırılmasına artıq irçilik və millətçilik ittihamları yığışdırılmışdı, amma yenə də “bozqurd” işarəsini “uyğunsuz davranış” kimi səciyyələndirdilər.

Merih isə nə irçidir, nə də şovinistdir, adi vətənsevərdir, qol vurandan sonra vətəninə xidmət göstərdiyinin qüruruni yaşayaraq, "mən də sizdən biriyəm" demək istəyib. Və bütün türk dünyasının sevimlisi olub.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR