İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın NATO sammitində iştirakından təəssüflənirik - Qaluzin 

555 11.07.2024 12:35 Dünya A A

 

Rusiya tərəfi Ermənistanın Vaşinqtonda keçirilən NATO sammitində iştirakına görə son dərəcə təəssüflənir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin danışıb.

“Təhlükəsizlik sahəsindən danışarkən, vurğulamaq istəyirəm ki, Ermənistan KTMT-nin üzvü olaraq qalır və hərbi və hərbi-texniki sahədə çoxsaylı ikitərəfli sazişlərin iştirakçısıdır. Lakin İrəvan narahatlığını müzakirə etmək üçün konstruktiv yanaşma əvəzinə təəssüf ki,  başqa yol seçdi”, - deyə Rusiya XİN rəhbərinin müavini bildirib.

Qaluzin fikrincə, məqsədi Rusiyanın “strateji məğlubiyyəti” olanlarla belə bir tempdə əməkşdaşlıq edən İrəvan öz əlləri ilə Cənubi Qafqazda vəziyyəti ciddi şəkildə pozmaq və öz təhlükəsizliyinə zərər vurmaq riskini daşıyır.

“Düşünürəm ki, Ermənistandakı bilikli mütəxəssislər və siyasətçilər belə ehtiyatsız addımların mümkün bədəlini başa düşürlər”, - deyə Qaluzin təhdidvari çıxış da edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR