İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın “əlindən” bərk-bərk tutan İran – Heydəri kimin bostanına daş atır?

3083 23.07.2022 13:12 Yazarlar A A

İranın Ermənistana elədiyi yaxşılıqlar saymaqla bitməz. Xüsusən də 30 illik işğal dövründə cənub qonşumuzun işğalçı və vandal ölkə üçün “nəfəslik” rolu oynaması unudulmayıb. Unudulmayacaq. Əlbəttə, ermənilər də unutmayıb.

Qardaş Türkiyənin təcavüzkar ölkə ilə sərhədləri dərhal bağladığı, Pakistan İslam Respublikasının, “Ermənistan” adında qondarma dövləti ümumiyyətlə, tanımadığı halda, özünü “islam respublikası” sayan İranın ötən on illiklərdə təcavüzkar ölkəni həmişə qucaqladığı, gücləndirdiyi, Qarabağa qanunsuz yolla müəmmalı yüklər daşıdığı, hətta ermənilərlə birləşib Şuşa məscidini farslaşdırmaq istədiyini də çörəyi ağzına yeyən azərbaycanlıların hamısı yaxşı bilir, xatırlayır. Bunlar unudulası şeylər deyil.

Bu da faktdır ki, İran 44 günlük Vətən savaşımızda Ermənistanın darmadağın edilməsini, qazandığımız möhtəşəm, halal qələbəmizi həzm edə bilməyib. Ara-sıra Tehran rəsmilərinin dilindən işğalın bitməsi münasibətilə Bakıya ünvanlanan təbriklərə çox da fikir verməyin. Bunlar boğazdan yuxarı deyilmiş sözlərdir, səmimi deyil, içdən gəlmir. Gələ bilməz. Niyə?

İran niyə geri çəkildi? 44 günlük Vətən Müharibəsi haqqında şok FAKTLAR -  Alp.Az

Səbəb həmənkidir, köhnədir, işğaldan əvvəlkidir. Ona görə ki, Rusiya kimi İran da “Ermənistan” adlı maşadan, tutarqadan Azərbaycana qarşı daima alət, təzyiq qismində yararlanmaq siyasəti yürüdür. Cənub qonşumuzun Zəngəzur dəhlizindən dolayı əndişəsi də eyni xanədəndir.

Bu təlaş bir neçə gün öncə Tehranda üç ölkə liderinin sammitində özünü bir daha büruzə verdi. Məlum oldu ki, kapitulyant ölkənin “əlindən” hələ də bərk-bərk yapışan İran bu “əlin” boşalacağından, lap dəqiqi, Ermənistanla yeganə “nəfəsliyin” bağlana biləcəyindən narahatdır. Bu da növbəti sübut.

“İran və Ermənistan özlərinin ortaq sərhədləri məsələsinə müdaxiləyə imkan verməyəcək və bu məsələdə üçüncü dövlətlərin, o cümlədən Türkiyənin tövsiyələrinə ehtiyac duymurlar”.

İRİB xəbər verir ki, bunu dünən İran parlamentinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Məsələləri Komitəsinin sədri Şəhriyar Heydəri deyib.

Türkiyə Prezidenti İranın Ali Rəhbəri ilə görüşüb - Naxçıvan TV

Onun sözlərinə görə, İranın ali rəhbəri Əli Xamenei Tehranda Türkiyə və Rusiya prezidentləri ilə görüşündə bu mövqeyi açıq bəyan edib və İran İslam Respublikasının Ermənistan-İran sərhədinin bağlanmasına imkan verməyəcəyini vurğulayıb.

Heydərinin iddiasına əsasən, Ermənistanın regionda strateji mövqe tutması onun bir çox problemlərinə səbəb olub və onlardan biri də Qarabağ münaqişəsidir. “Bəzi qeyri-regional qüvvələr İranı kənara itələmək üçün Ermənistan ərazisindən Naxçıvana dəhliz yaratmaq istəyir. Lakin Ermənistan və İran vurğulayır ki, region ölkələrinin ərazi bütövlüyü qorunmalıdır. Ermənistanla bizim 47 km uzunluğunda, bir hissəsi Araz çayı boyunca uzanan ümumi sərhədimiz var və biz heç bir halda bu sərhədlərin pozulmasına yol verməyəcəyik. İran və Ermənistan arasında sərhəd həmişə təhlükəsiz olub, hər iki ölkə onun təhlükəsizliyinə, sərhəddə hər hansı qanunsuz müdaxilənin qarşısının alınmasına çalışır və Türkiyə kimi üçüncü tərəfin məsləhətinə ehtiyacımız yoxdur”, - deyə Heydəri əlavə edib.

Beləcə, 30 il ərzində erməni təcavüzünə və zülmünə məruz qalan azərbaycanlı müsəlman məzlumların yanında durmaq, onlara kömək eləmək əvəzinə, işğalçı ölkənin başını sığallayan İran dövlətində parlamentin komitə sədri Türkiyənin “bostanına” daş atır. 30 il bizimlə təmənnasız bərabər olub əsl qardaşlıq və dindaşlıq nümunəsi sərgiləyən, ümmət həmrəyliyi göstərən Türkiyənin! Nə haqla?

İranın Daxili İşlər Nazirliyi: Çabaharda vəziyyət nəzarət altındadır -  Sahar Azeri

Bu yerdə cənab Heydərinin yadına ikicə detalı salmaq istərdik.

Əvvəla, Ermənistan-İran sərhədi faktiki mövcud deyil. Çünki bu sərhədi SSRİ dağılandan erməni yox, yenə rus qoruyur. Demək ki, Heydərinin söylədiyi kimi, “ortaq sərhədlərin təhlükəsizliyi” məsələsinə Ermənistanın heç bir dəxli yoxdur.

İkincisi və ən mühümü, Naxçıvana dəhliz məntiqi ilə Zəngəzur yolunun açılması məhz rusun, Kremlin qarant durduğu 10 noyabr kapitulyasiya sənədində əksini tapıb - 9-cu bənd. Ona Ermənistan da imza atıb. Yəni ortada nə irəvanlıq, nə də iranlıq bir şey qalıb, yoxdur. Tutanlıq isə var!

Dünya okeanına çıxışı olmayan kaputulyant ölkənin regionda guya strateji mövqe tutması kimi absurd iddiaya gəlincə, Ermənistan artıq çoxdan bölgədə “izqoy” ölkə statusundadır - özünün və havadarlarının günahı üzündən təbii ki. Odur ki, onun “əlindən” möhkəm tutub ürək-dirək verməkdənsə, - qorxunun əcələ faydası olmaz, - yaxşı olar ermənilərin başına ağıl qoyulsun ki, gerçəkliklə barışsınlar. Zira, qatar artıq gedib. Həm də təkcə ermənilər üçün yox!..

Zahid SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR