İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandan əsgərlərimizlə bağlı həyasız şantaj, erməniyə yaraşan vəhşilik - ABŞ və Britaniyadan sərt reaksiyalar

1020 15.04.2023 09:55 Gündəm A A

Hava şəraitinə görə düşmənə əsir düşən 2 hərbçimizin taleyi qəlizləşir; Ermənistan məsələni siyasi alver predmetinə çevirmək istəyir - biz də əsir götürəkmi?..

Aprelin 11-i gecə Naxçıvan istiqamətində mürəkkəb hava şəraiti səbəbilə yolunu azaraq Ermənistan tərəfə keçən 2 əsgərimizin taleyi getdikcə qəlizləşir. Erməni tərəfinin rəsmi məlumatına görə, artıq onların hər ikisi tutulub. Və dərhal da hərbçilərimizlə bağlı klassik erməni məkrinə söykənən “konspiroloji” fərziyyələr, əfsanələr və bu əfsanələri reallığa bənzətmək üçün ənənəvi erməni həyasızlığı işə düşüb - onları qısa zamanda Azərbaycana geri vermək əvəzinə.

Halbuki Azərbaycan analoji vəziyyətlərdə məhz bu cür - humanist davranır. Amma Paşinyan hökumətinin əlinə sanki fürsət düşüb. Azərbaycan əsgərlərinin taleyini siyasi alver predmetinə çevirmək istəyirlər.

“Saxlanılan Azərbaycan əsgəri ola bilsin Azərbaycana qayıtmaq istəməsin. Ermənistan onu zorla geri göndərə bilməz”.

“Yeni Müsavat” bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə “hökumət saatı” zamanı deyib. Paşinyanın iddiasına görə, Sünikdə (Qərbi Zəngəzurda) peyda olan 2 azərbaycanlı hərbçi öz hərbçi həmkarları tərəfindən təhqirə məruz qaldıqları üçün qaçıb Ermənistana keçiblər. “Təhqiqat müəyyən edib ki, Azərbaycan Ordusunun əsgəri digər həmkarlarının təzyiqi və alçaldılması səbəbindən həmkarı ilə birlikdə mövqelərdən sadəcə qaçıb”, - Paşinyan sarsaqlayıb.

Bir bəyanatın izi ilə - Paşinyan nə istəyir? - 05.01.2023, Sputnik  Azərbaycan

Onun iddiasına görə, azərbaycanlı əsgər Azərbaycana qayıtmaq istəməyə bilər: “Belə bir şəraitdə Ermənistanın üzərinə götürdüyü öhdəliklərə görə, İrəvan bunu zorla edə bilməz”.

Lakin ardınca deyib ki, ikinci əsgər fikrini dəyişib və geri qayıtmaq istədiyini bildirib.

Aydındır ki, ordumuzdakı zorakılıqla bağlı iddia nağıldır. Bununla şübhə yox ki, Paşinyan əvvəla, Azərbaycan Ordusunu, Azərbaycanı gözdən salmaq niyyəti güdür. Bu, eyni zamanda yolunu azmış azərbaycanlı əsgərlərə müvafiq ifadə alınması üçün neçə gündür işgəncə verildiyinin sübutudur (Ermənilərin yaydığı videoda əsgərlərimizdən birinin - Axundov Hüseynin vəhşicəsinə döyüldüyü açıq-aşkar görünür). Bir azdan hərbçilərimizin Azərbaycan dövləti əleyhinə videosu yayılsa, hətta ABŞ Prezidenti Kennedinin açılmamış qətli də onların üzərinə qoyulsa, təəccüblənmərik. Artıq Qərbi Zəngəzurdakı Mis-Molibden Kombinatının mühafizəçisinin aprelin 12-də öldürülməsi əsgərimizin üstünə atılıb. Guya erməni mühafizəçinin telefonu onun cibindən çıxıb!  

Yəni bir məqsəd də hərbçilərimizə qarşı cinayət işi açıb, “hökm” oxuyub, sonra da onların Bakı həbsxanalarında saxlanılan erməni terrorçularının heç olmasa, bir qisminə dəyişmək cəhdi ola bilər. Erməni tərəfində bu yöndə “qiymətli təkliflər” elə hərbçilərimizdən biri tutulan zaman, ilk gündəcə səslənib.

Amma erməni yalan-palanları həmişəki kimi bir-biri ilə uzlaşmır. Bir yandan deyirlər ki, əsgərlər incidildiyi üçün Ermənistan tərəfə keçib. O biri yandan da onları diversant, qatil kimi təqdim etmək istəyirlər. Nonsens.    

Amma sonra Ermənistan İstintaq Komitəsi qətlin azərbaycanlı tərəfindən törədilməsi iddialarını təkzib etdi. İstənilən halda, ermənilərin hiyləsi nə dərəcədə reallaşa bilər? Onların məkrli planlarını necə pozmalı?

Artıq Azərbaycan Baş Prokurorluğu işgəncə faktı ilə bağlı cinayət işi qaldırıb, XİN, Ombudsman müvafiq bəyanatlar yayıblar. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası da itkin düşən əsgərlərlə bağlı beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Nəticəsi, təsiri olacaqmı? Yoxsa çarə bizim də iki erməni əsgərini əsir götürüb onlara dəyişməsinə qalacaq?

Onu da qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsi artıq iki azərbaycanlının məsələsi barədə məlumatlıdır.

“Biz ailələr və müvafiq qurumlarla əlaqədəyik və məqsədimiz saxlanılan şəxslərə mümkün qədər tez baş çəkməkdir” - təşkilatın ölkəmizdəki nümayəndəliyinin mətbuat xidmətindən bildirilib.

İşgəncə görüntüləri yayılan əsgərimizin anası Şəlalə Hüseynova isə deyib ki, Qırmızı Xaç Komitəsinə (BQXK) dəfələrlə müraciət etsə də, oğlu barədə məlumat vermirlər. “Bildirirəm ki, mən oğlumun səsini eşitmək istəyirəm, heç olmasa bir dəfə onunla danışım, ürəyimiz rahat olsun. Oğlumun videolarını görəndən sonra özümə gələ bilmirəm. Mənə oğlumu qaytarsınlar”, - deyə əsir düşən əsgərin anası vurğulayıb.

Bu arada ABŞ-dan məlum videoda əksini tapan Azərbaycan əsgərinə qarşı Ermənistanda törədilmiş zorakılığa görə narahatlıq bildirilib. ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda bununla bağlı həmçinin deyilir: “Biz Azərbaycan və Ermənistanı bütün məsələləri sülh danışıqları yolu ilə həll etməyə çağırırıq”.

“Azərbaycan əsgərinə qarşı edilən zorakılıqla bağlı yayılmış videonu izləmək dəhşətlidir”.

Bunu isə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld deyib.

“Beynəlxalq humanitar hüquq qanunlarına görə, bu cür rəftar yolverilməzdir. Regionda dayanıqlı sülhə nail olmaq üçün bu kimi hallar pislənməlidir”, - o əlavə edib.

Hazırda Ermənistanda əsir saxlanılan və ağır işgəncələrə, qeyri-insani rəftara məruz qalan azərbaycanlı hərbçilər bu ölkənin Milli Təhlükəsizlik Xidmətinə təhvil verilib. Bu barədə Ermənistan Polis İdarəsindən (Daxili İşlər Nazirliyi) bildirilib. Qurum məsələ ilə bağlı əlavə açıqlama yaymayıb.

Cənab prezident islahatlar aparır. Gözləyək ki, axırı necə olacaq", Novella  Cəfəroğlu Sual vaxtında - BBC News Azərbaycanca

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Yeni Müsavat”a qeyd etdi ki, biz bütün dünyaya bu məsələni çatdırırıq: “Hüquq-müdafiə təşkilatları olaraq müraciət etmişik. Azərbaycanda siyasi məhbus məsələsini qaldıra bilirlər, bu məsələdə niyə belə passivdirlər? Bu da hərbi-siyasi hadisədir. Əsgərimizin bu günə düşməsinə niyə səsinizi qaldırmırsınız? Nə üçün bu vəhşiliyə etiraz bildirmirsiniz? Ona görə də həmişə demişəm ki, çox iş görmək lazımdır. Biz az işləyirik. Dünyada, Avropada və Amerikada media orqanlarımız, fəal işləyənlərimiz olmalıdır. Xüsusən də ermənilər çox yaşayan  yerlərdə daha artıq fəaliyyət göstərməliyik”.

Hüquq müdafiəçisinin sözlərinə görə, beynəlxalq aləmə çox informasiya yaymalıyıq: “Avropada bizi tənqid edənlər çoxdur, amma bu hadisələrdə mövqeyimizi müdafiə edənlər də olmalıdır,  dəstək verilməlidir. Onu da deyim ki, İsraildə bir əsgəri geri almaq üçün 100 fələstinli əsir geri qaytarılır. Biz də o yanaşmanı ortaya qoya bilərik. Qoy beynəlxalq aləmdə görsünlər ki, əsgərimizə necə dəyər veririk”.

Oxu.az - Çingiz Qənizadə: Hakimlər ən çox mülki məsələlərlə bağlı ədalətsiz  qərar çıxarır

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə qəzetimizə bildirdi ki, Ermənistan onları saxladığı ilk andan dərhal məlumat verməli idi. “Buna dair presedent də var - Azərbaycana tərəf keçən erməni mülki və hərbçilər saxlanılıb, dərhal danışıqlar nəticəsində Ermənistana sağ-salamat təhvil verilib. Biz bunu bir neçə dəfə etmişik. Amma onlar gizli saxladılar, müxtəlif uydurmalar yaydılar, gah dedilər ki, kəşfiyyatçıdırlar, gah iddia edlədilər silahlı olublar, amma onların gənc əsgərlər olduğu və yolu azaraq Ermənistana keçdikləri məlum oldu. Sonra əsgərimizə işgəncə verilməsi görüntüləri yayıldı. Bu isə cinayət əməlidir. Ermənistan qanunvericiliyində də cinayət hadisəsidir. Amma İrəvanla aramızda sülh olmadığı üçün beynəlxalq hüquq müstəvisində addım ata bilərik. Çünki Cenevrə Konvensiyasını imzalayan ölkələrdən biri də Ermənistandır. Konvensiyada əsirlərlə necə davranılmalı olduğu aydın göstərilib. Amma Ermənistan konvensiyanın tələblərini pozub”, - deyə hüquq müdafiəçisi açıqladı.

Ç.Qənizadə vurğuladı ki, irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsinə dair də Ermənistan öhdəliklər götürüb: “2021-ci ildə Beynəlxalq Ədalət Məhkəməsi hər iki tərəfin iddialarına baxarkən Ermənistan qarşısında öhdəlik qoyuldu ki, irqi ayrı-seçkiliyin bütün formaları ləğv edilsin. Biz beynəlxalq təşkilatlardan, Qırmızı Xaç Komitəsindən tələb etməliyik ki, məsələ ilə maraqlansınlar və qısa zamanda əsgərlərimizin geri qaytarılmasına nail olsunlar. Ümid edirəm ki, Ombudsmanın və dövlət qurumlarının müraciəti nəticə verəcək. Amma bizdə olan ermənilərlə onların dəyişdirilməsinə gəlincə, həmin şəxslər təxribat məqsədilə ərazilərimizə daxil olublar. Yəni ermənilər cinayətkardırlar. Amma azərbaycanlı əsgərlər yolu azaraq keçiblər, cinayət törətməyiblər. Bunlar ayrı-ayrı məsələlərdir. Ona görə beynəlxalq təşkilatların Ermənistanın bu çirkin siyasi alverinə "yox" deyəcəyini gözləyirəm".

Hərbi ekspert Ramil Məmmədli: “Ukrayna dünyada soyuq müharibəni  konkretləşdirdi” – Eksklüziv Müsahibə | Voice Press

Hərbi ekspert Ramil Məmmədli hesab edir ki, Ermənistan işgəncə və soyqırımı törətmək üzrə ixtisaslaşmış ölkədir: “Onlardan bundan başqa nəsə gözləmək mümkün deyil. Təbii ki, bu cür hallara qiymət verilməlidir. Qısa zamanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri əsir hərbçilərimizlə görüşməli, onların Azərbaycana gətirilmələri üçün lazımi tədbirlər həyata keçirilməlidir. Bu halların qarşısı tez zamanda alınmalıdır. Beynəlxalq təşkilatlardan reaksiya gözləyirik”.

Separatçılara Rusiya dövlət agentliyində platformanın verilməsi Moskvanın  tapşırığıdır - Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlı isə deyir ki, erməni əsirlər Bakıdan İrəvana kökəlmiş, sağlam şəkildə qayıtdı: “Azərbaycan hərbçiləri də tutduqları erməni əsgərlərə hansısa bölgəyə, yaxud tanışına salam göndərməkdən başqa nəsə etmirdilər. Bu, azərbaycanlıların etdikləridir, yolunu azan əsgərimizin üzləşdiyi işgəncə ermənilərin. O işgəncəni hələ erməni əsgəri yox, mülki şəxsləri edib. Buna rəğmən, həmişə ittiham altında bizi qoyublar, həm dünya tərəfindən, həm də elə yanımızdakı "humanistlər" tərəfindən".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR