İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda qanlı atışma: məşhur kriminal avtoritet öldürüldü - VİDEO

2769 12.06.2024 00:45 Son xəbər A A

İrəvanın Şinararner küçəsində atışma səsləri eşidilib. 

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat verib. 

"Hazırda hadisə yerində işçi qrupu işləyir, daha sonra məlumat veriləcək", - deyə Narek Sarkisyan bildirib. 

Hadisə şahidlərinin sözlərinə görə isə küçədə avtomat atəşi səsləri eşidilib.

Sputnik Armeniya-nın müxbirinin sözlərinə görə, "Toyota Land Cruiser" markalı avtomobilin qabaq şüşəsinə atəş açıldıqdan sonra yolda bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. 

Ermənistan Daxili İşlər Nazirliyi atışma nəticəsində ölən olduğunu təsdiqləsə də, ad açıqlamayıb. 

Məlumata görə öldürülən şəxs tanınmış kriminal avtoritet, “Faz” ləqəbli Sergey Qriqoryandır.

 

Musavat.com 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR