İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda keçirilən aksiyada deputat xəsarət aldı - FOTO

778 20.09.2023 00:36 Son xəbər A A

İrəvanda keçirilən etiraz aksiyaları zamanı müxalifətin “Hayastan” blokunun deputatı Qeqam Manukyan xəsarət alıb. 

Musavat.com xəbər verir ki, onun burnu əzilib və bu səbəbdən onu təcili yardım maşını ilə aparıblar. 

Ümumilikdə isə iğtişaşlar zamanı 34 nəfərin yaralandığı bildirilir. 

***

Ermənistan Nazirlər Kabinetinin binası yaxınlığında toqquşma zamanı 34 nəfər xəsarət alıb. Musavat.com-un məlumatına görə, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi açıqlama verib.

Bildirilir ki, yaralıların arasında 16 polis əməkdaşı və 18 mülki şəxs də var. Artıq 17 nəfərə tibbi yardım göstərilib və tibb məntəqələrindən buraxılıb, qalanlarının müalicəsi davam edir. Rəsmi açıqlamada deyilir ki, pasiyentlərdən biri əməliyyat olunub.

İrəvanda qarşıdurmalar davam edir. Etirazçılar Paşinyan hökumətinə istefaya getmək üçün 24 saat vaxt verib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR