İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvana gedən Kirkorov Ermənistanı sevimli ölkəsi adlandırdı, ermənilər isə...  FOTO

1595 04.07.2023 20:30 Şou-biznes A A

Məlum olduğu kimi, rusiyalı müğənni Filipp Kirkorov İrəvana səfər edib.

Musavat.com-un xəbərinə görə, Kirkorov sosial şəbəkə hesabında İrəvanın mərkəzindən video paylaşaraq bunları qeyd edib:

"İstirahət başladı. Kim ki yaxşı işləyir, keyfiyyətli istirahət edir. İstirahətimin birinci dayanacağı sevimli Ermənistandır. Hansı ki, həmişə zövqlü, gözəl, qonaqpərvər, bayramlıdır. Burada mənə çox doğma olan yaxın dostlarım var. İlahi, bu ölkə, İrəvan necə də gözəldir".

Müğənni hər kəsi Ermənistana istirahətə dəvət edib.

Erməni izləyiciləri Kirkorovun bu paylaşımına istehza edib, şərhlərdə onun gəlişini xoş qarşılamadıqlarını, digər izləyicilər isə İrəvanın heç də gözəl şəhər olmadığını, sənətçinin sadəcə Avropaya gedə bilmədiyi üçün bu cür qeyri-səmimi təriflər səsləndirdiyini qeyd ediblər.

Xatırladaq ki, Rusiyanın Xalq artisti Filipp Kirkorov bir neçə dəfə Bakıda konsert verib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR