İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvana ciddi TƏZYİQ başladı, müharibə başlasa… - Erkin Qədirli ilə “Canlı debat”

1435 10.03.2023 11:26 Gündəm A A

Rusiya ilə əməkdaşlığa görə Ermənistana ciddi təzyiqlər olacaq. Bunu alman politoloq Aleksandr Rar deyib. “AB-nin bu yaxınlarda qəbul edilmiş onuncu sanksiya paketinə nəzər salsanız, görərsiniz ki, o, əsasən Rusiya ilə əməkdaşlığa çalışan ölkələri neytrallaşdırmaq və hətta cəzalandırmaq məqsədi daşıyır”, - politoloq bildirib.

Rar qeyd edib ki, Moskva ilə əməkdaşlığı azaltmaq üçün İrəvana da güclü təzyiqlər ediləcək.

“Düşünürəm ki, bununla amerikalılar məşğul olacaqlar. Necə ki, hazırda Mərkəzi Asiyada bu prosesi başladıblar. Cənubi Qafqazda da bunu edəcəklər”.
Xatırladaq ki, fevralın sonunda AB Rusiyaya 10-cu sanksiyalar paketini qəbul edib. Yeni məhdudlaşdırıcı tədbirlərə idxal və ixraca, bank sektoruna və ikili istifadə texnologiyalarına çıxışa əhəmiyyətli məhdudiyyətlər daxildir.

Bu və gündəmdəki digər xəbərləri bu gün 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində millət vəkili Erkin Qədirli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFGCH7v9


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR