İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan QARIŞDI - “Bakı həbsxanalarına düşən nümayəndələri QAYTARIN!” FOTO

2423 20.02.2024 17:51 Region A A

Ermənistanda müxalifətdə olan Respublika Partiyasının gənclər qanadının nümayəndələri Xarici İşlər Nazirliyinin binası yaxınlığında etiraz aksiyası keçiriblər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı Ermənistan Respublika Partiyasının gənclər təşkilatının rəhbəri Henrix Danielyan jurnalistlərə açıqlama verib.

“2018-ci ildən bu binada əbədi nahar fasiləsi verilir. Siyasətiniz nəticəsində Bakı həbsxanalarına düşmüş “dqr”in (Qarabağın işğal altında olduğu illərdə bölgədə qurulan oyuncaq və qondarma quruma verilən uydurma ad - red.) nümayəndələrinin qaytarılması istiqamətində addımlar atmırsınız”, - deyə o bildirib.

Danielyanın sözlərinə görə, Xarici İşlər Nazirliyinin siyasəti nəticəsində Qarabağ ermənilərsiz qalıb.

Aksiya iştirakçılarının əllərində separatçı quldurların şəkilləri də olub.

Henrix Danielyan həmçinin Ermənistan Xarici İşlər Nazirliyinin rəhbərliyini nazirlik binasını turizm agentliyinə çevirməkdə ittiham edib. Aksiya iştirakçıları Ermənistan XİN-in binasına əliboş gəlmədiklərini də bildiriblər.

“Onların hərəkətsizliyini bir az da artırmaq üçün müxtəlif stolüstü oyunlar və oyuncaqlar gətirdik”, - deyə onlardan biri söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR