İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan: Ölən hərbçilərin yaxınları polislə toqquşdu - 37 nəfər saxlandı VİDEO

1079 21.09.2022 11:32 Region A A

İrəvandakı Yerablur panteonunda gərginlik davam edir. Baş nazir Nikol Paşinyan çoxlu sayda təhlükəsizlik qüvvələrinin müşayiəti altında ziyarətə gəlib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bundan əvvəl polis ölən əsgərlərin yaxınlarını hərbi panteonun ərazisindən zorla çıxarıb. Vəkil Vahan Hovannisyan jurnalistlərə bildirib ki, Yerablur hərbi panteonunda həlak olan hərbçilərin 30-a yaxın valideyni saxlanılaraq polis bölməsinə aparılıb.

Ermənistan polisi isə bildirib ki, hazırda 37 nəfər saxlanılıb.

Baş nazir Nikol Paşinyanın ora getməsinə imkan verməmək üçün gecə saatlarında həlak olan əsgərlərin yaxınları qəbiristanlığa toplaşsalar da, səhərə yaxın böyük polis qüvvələri yerinə cəlb edilib. Ölən əsgərlərin yaxınları zorla maşınlara mindirilib.

 Saxlanılanlardan ikisinin xəsarətləri var: bir halda əlin yaralanması, digərində barmaq sınığı qeydə alınıb. Zərərçəkənlərin hər ikisi qadındır. “Polis idarəsinə təcili yardım çağırılıb, lakin bu kifayət deyil, çünki xəsarətlər daha ağırdır”, - Hovannisyan bildirib.

Onun sözlərinə görə, valideynlərin bir qismi sərbəst buraxılsa da, bəziləri polis bölmələrində qalıb. Vəkil qeyd edib ki, polisin tələblərinə əməl olunmaması ilə bağlı inzibati protokollar tərtib edilib, lakin onlardan şikayət veriləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR