İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Minsk Qrupunun ləğvinə razıdır: Paşinyanın ən yaxın adamı açıqladı

964 12.01.2025 13:27 Son xəbər A A

İLK yayım saatı: 11 yanvar, 13:10

Ermənistan hökuməti ATƏT-ə Minsk Qrupunun ləğvi ilə bağlı müraciət etməyi nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkədəki paylaşımında məlumat verib.

Baqdasaryan bildirib ki, hökumət bu məsələni ciddi şəkildə araşdırır. O, Baş nazir Nikol Paşinyanın 19 dekabr 2024-cü il tarixində “Armenpress”-ə verdiyi müsahibəyə istinad edərək deyib:

“Biz anlayırıq ki, əgər münaqişə mövcud deyilsə, bu münaqişənin həlli ilə məşğul olan formatın varlığının mənası nədir? Ancaq biz həmçinin əmin olmaq istəyirik ki, Azərbaycan bu yanaşma ilə hərəkət edir və onun ‘Qərbi Azərbaycan’ termini kimi anlayışları inkişaf etdirmək cəhdləri Ermənistanın ərazi bütövlüyünə qarşı təcavüzkar siyasətin bir hissəsi deyil.”

Xatırladaq ki, Baş nazir Paşinyan 2025-ci il yanvarın 8-də öz sosial media hesabında paylaşdığı yazıda Ermənistan ərazisində “Qərbi Azərbaycan” anlayışının mövcud olmadığını və ola bilməyəcəyini vurğulayıb. O, bu termini Ermənistanın ərazi bütövlüyünə və sülhün bərqərar edilməsinə qarşı təhdid adlandırıb.

Nazeli Baqdasaryan qeyd edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam və birmənalı şəkildə tanıyır və bunu sülh müqaviləsi imzalamaqla bir daha təsdiq etməyə hazırdır. Bununla yanaşı, o vurğulayıb ki, Azərbaycanın da Ermənistanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıması vacibdir.

Ermənistan hökuməti ATƏT-in Minsk Qrupunun gələcəyinə dair qərarın bu yanaşma çərçivəsində qəbul edilməli olduğunu bildirir.

Musavat.com-un şərhi: ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı Ermənistanın müraciəti sülh prosesində şərtlərdən biri kimi qoyulub. Bu bədnam qurumun ləğvi üçün tərəflərin ikisi də – həm Azərbaycan, həm də Ermənistan məsələ qaldırmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin 44 günlük müharibəsindən dərhal sonra bu qurumun lazımsızlığı məsələsini elan etmiş, bunu ardıcıl şəkildə Azərbaycanın tələbinə çevirmiş və Ermənistana sülh müqaviləsinin şərtlərindən biri kimi irəli sürmüşdür. Məqsəd, Cənubi Qafqaza və Azərbaycan-Ermənistan arasında gedən proseslərə kənar aktorları, xüsusilə də açıq şəkildə ermənipərəst olan Fransa və ABŞ-ı buraxmamaq idi.

Görünən budur ki, İlham Əliyevin daha bir tələbi Paşinyan hökuməti tərəfindən qəbul olunub.

Mənbə: Armenpress, Facebook paylaşımı

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR