İnsanlara hürriyət, millətlərə istiqlal!

İraqı qum fırtınası vurdu: 500-dən çox insan xəstəxanaya yerləşdirilib  

563 02.04.2023 08:26 Dünya A A

İraqda baş verən qum fırtınası səbəbindən 500-dən çox adam xəstəxanaya yerləşdirilib.

Musavat.com xəbər verir ki, İraq Səhiyyə Nazirliyi ölkədə baş verən qum fırtınası səbəbiylə 515 nəfərin boğulma və nəfəs darlığı səbəbiylə xəstəxanalara müraciət etdiyini açıqlayıb.
Nazirlikdən bildirilib ki, Bağdad şəhərində də vəziyyət gərgindir.

Xəstəxanaya aparılanlara lazımi müdaxilənin edildiyini qeyd edən səhiyyə nazirliyinin sözçüsü Seyf əl-Bədir, mümkün yeni hallara qarşı görülən tədbirlər çərçivəsində təcili yardım və sağlamlıq qruplarının səfərbər edildiyini bildirib.

İraq Səhiyyə Nazirliyinin sözçüsü xəstəxanalara müraciət edən xəstələrin əksəriyyətinin evə buraxıldığını və ölüm halının qeydə alınmadığını bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR