İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda qıza görə dava: yeniyetmə bıçaqlandı

742 26.04.2024 16:18 Kriminal A A

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, 14 yaşlı yeniyetmə Tacir Adişli tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Hadisənin qıza görə baş verdiyi deyilir.

Belə ki, zərərçəkən qarşı tərəfdən qızdan uzaq durmasını tələb edib. Onlar İnstaqramda bir müddət yazışdıqdan sonra görüşüblər. Aralarında yaranmış mübahisə qanla bitib. Görüşə bıçaqla gələn azyaşlı Tacir Adişliyə bir neçə bıçaq zərbəsi endirib. Yeniyetmə kürəyinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.

Fakt Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR