İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏT! Rus əsgərləri Xersonda dinc insanları GÜLLƏBARAN etdilər, Limanda isə QIRĞIN gedir – CANLI

1743 26.04.2024 16:00 Gündəm A A

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Liman şəhəri istiqamətində gedən döyüşlər zamanı bir qrup rus hərbçisini əsir götürüb. Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 950 hərbçisini itirib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ukraynanın Xerson vilayətində 7 mülki şəxsi öldürməkdə ittiham olunan hərbçilər Aleksandr Osipov və Aleksandr Kayqorodtsev saxlanılıb. Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, onlar qətlləri Xerson vilayətinin Pod-Kalinovka və Abrikosovoka kəndlərində həyata keçiriblər. Bildirilib ki, öldürülənlər arasında kənd rəhbəri Lyubov Timçak da olub.

Bildirilir ki, Aleksandr Kayqorodtsev əvvəllər qətl və külli miqdarda narkotik maddənin saxlanılması və hazırlanmasına görə həbs olunub. Hər iki şəxs əməllərini etiraf edib. Saxlanılan zaman onların üzərindən gilizlər, güllələr və qumbara halqası götürülüb.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Elçin Xalidbəyli ilə regiondakı hadisələri müzakirə edir.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusava

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR