İnsanlara hürriyət, millətlərə istiqlal!

İraq İranla anlaşdı: Gündə 50 milyon...

1667 27.03.2024 19:22 Dünya A A

İraqın Elektrik Nazirliyi İran Milli Qaz Şirkəti (NIGC) ilə gündə 50 milyon kubmetrədək qazın tədarükü haqqında müqavilə imzalayıb.

Musavat.com xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, müqavilənin müddəti 5 ildir.

Nazirlik qeyd edib ki, müqavilə “istehsal müəssisələrinin iş tempini saxlamaq” və “elektrik enerjisinə olan tələbatı ödəmək” məqsədi daşıyır.

Qeyd edək ki, İrandan gündə 50 milyon kubmetrə yaxın qaz alan İraq elektrik enerjisi və elektrik stansiyaları üçün yanacaq təminatında qonşusundan çox asılıdır. Tehran daxildəki çatışmazlıq və Bağdadın maliyyə öhdəliklərini yerinə yetirməməsi səbəbindən vaxtaşırı ixracı azaldır və ya dayandırır.

İraq ötən il Türkmənistandan İran üzərindən svop yolu ilə gündəlik 9 milyon kubmetr qaz alınması üçün müzakirələr aparıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR